Bakı 20˚C Sunny

İran MAQATE-yə nüvə obyektlərində kameralardan istifadəyə icazə verib

Gündəm 17:46 12 sen, 2021

Bu barədə "RİA Novosti" xəbər yayıb

İran MAQATE-yə nüvə obyektlərində kameralardan istifadəyə icazə verib

İran Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) nüvə obyektlərində müşahidə kameralarından istifadə etməsinə icazə verib.

Qazet.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" xəbər yayıb.

Bu arada MAQATE-nin Baş direktoru Rafael Qrossi Tehrana səfəri zamanı İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ilə görüşüb.

Qrossi görüşdə deyib ki, səfərdə məqsəd İran və MAQATE arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək və qarşılıqlı maraq doğuran aktual problemləri müzakirə etməkdir. Onun sözlərinə görə, İran agentliklə əməkdaşlığı davam etdirməlidir.

Növbəti görüş Vyanada keçiriləcək və daha əhatəli məsələlər müzakirə olunacaq.