Bakı -1˚C Intermittent clouds

İran mediasından Azərbaycana qarşı növbəti hədə

Gündəm 23:00 13 okt, 2022
İran mediasından Azərbaycana qarşı növbəti hədə

İran mediasından Azərbaycana qarşı növbəti hədə

Qazet.az xəbər verir ki, SEPAH-ın Telegram kanalı İranın media fəalı Reza Abbasinin Azərbaycana qarşı təhdid dolu yazısını dərc edib. 

Yazıda deyilir: “Rəisinin Əliyevə təhdid mesajını İranın media akivisiti Rza Abbasini şərh edir: “Bakının hərəkətləri cavabsız qalmayacaq”.

Sitat: "Bu gün Rəisi Əliyevlə arasında olan bütün formallıqları kənara qoyub; Ermənistan sərhədinə hücumla bağlı istənilən qərar İran İslam Respublikasının silahlı qüvvələrinin münaqişə bölgələrinə misli görünməmiş şəkildə dislokasiyasına səbəb olacaq.

Rəisi Əliyevə İsrailin Bakıda olması ilə bağlı xəbərdarlıq edərək, bunun Bakı üçün cavabsız qalmayacağını xatırladıb".