İran Mərkəzi Bankının saytına kiberhücum edildi
Gündəm
16:31 06 yan, 2023
![İran Mərkəzi Bankının saytına kiberhücum edildi](https://qazet.az/resized/fit900x500/center/pages/138810/1673008099170105640.jpg)
İran Mərkəzi Bankının saytına və İranın sosial media platformalarına genişmiqyaslı kiberhücum edilib.
Qazet.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat verib.
İnfrastruktur kommunikasiyalarının idarəedici direktoru Əmir Məhəmmədzadə Laivardi baş vermiş kütləvi kiberhücumun dəf edildiyini açıqlayıb.
"Dünən gecə Mərkəzi Bank və Rubika platformaları DDoS tipli hücumlara məruz qaldı, lakin kiberhücum dəf edildi", - deyə bildirib.