Bakı 15˚C Mostly sunny

İran neft hasilatını artıracaq

Xəbərlər 06:20 03 sen, 2022
İran neft hasilatını artıracaq

İran 2023-cü ilin martına qədər neft hasilatını sutkada 200 min barel artırmağı planlaşdırır.

Qazet.az xəbər verir ki, bunu Milli İran Neft Şirkətinin (NIOC) icraçı direktoru Möhsün Xocastemehr bildirib.

Artım İranın hasilat gücünü sutkada dörd milyon barrelə çatdıracaq. Hazırda İranın hasilat gücü gündəlik 3,838 milyon bareldir.

O, həmçinin ölkənin bu əmtəənin ixracını genişləndirməyə və beynəlxalq bazarlara maksimum imkanlarla qayıtmağa hazır olduğunu vurğulayıb.