Bakı 30˚C Sunny

İran öz neftini dünya bazarlarına çıxara bilər

Gündəm 10:00 23 iyl, 2022

İran istəsə, o zaman nefti yenidən dünya bazarlarına çıxacaq və sanksiyaların bir hissəsi qaldırılacaq

İran öz neftini dünya bazarlarına çıxara bilər

İranın nüvə sazişinə qaytarılması ölkəyə öz neftini dünya bazarlarına çıxarmağa və sanksiyalar məsələsində yumşalmağa imkan verəcək.

Qazet.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.

“İran istəsə, o zaman nefti yenidən dünya bazarlarına çıxacaq və sanksiyaların bir hissəsi qaldırılacaq. Lakin indiyədək İranın bu yola əl atdığını görməmişik”, - Nuland bildirib.

Amerikalı xanım diplomat vurğulayıb ki, İran nüvə sazişinə qayıtmaqdan imtina edərsə, Vaşinqton ölkəyə təzyiqlərini artırmağa məcbur olacaq.