Bakı 20˚C Mostly sunny

İran prezidentindən tarixi rəzillik: "Ermənistanla dostluğu daha da gücləndirməliyik"

Gündəm 01:08 22 sen, 2021

İranın xarici işlər naziri Hüseyin Əmir Abdollahyan erməni həmkarı Ararat Mirzoyana mesajında ​​son illərdə ikitərəfli münasibətlərin nəzərəçarpacaq dərəcədə gücləndiyini, lakin sürətlə inkişaf edən regional və qlobal proseslərin əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diktə etdiyinə diqqət çəkib.

İran prezidentindən tarixi rəzillik: "Ermənistanla dostluğu daha da gücləndirməliyik"

“Rəsmi Tehran əmindir ki, Ermənistanla İran arasındakı münasibətlər güclü və dostdur, lakin, biz bunun daha da gücləndirilməsi üzərində çalışmalıyıq”.

Qazet.az xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi, Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə prezident Armen Sarkisyan və baş nazir Nikol Paşinyana göndərdiyi  təbrik mesajında deyib. O, Tehranın gələcəkdə Ermənistanla ikitərəfli əlaqələri gücləndirmək üçün çalışmaq niyyətini vurğulayıb..

​​Rəisi ikitərəfli əlaqələrin daha da möhkəmlənəcəyinə və beynəlxalq platformalarda daha sıx qarşılıqlı fəaliyyətə ümid etdiyini dilə gətirib. Ermənistanla İran arasında möhkəm dostluq münasibətlərinin regionda sabitliyin və təhlükəsizliyin qarantına çevriləcəyinə ümid etdiyini deyib. Rəisi Nikol Paşinyana mesajında ​​son illərdə ikitərəfli əlaqələrin intensivləşməsinə işarə edərək, bu istiqamətdə gələcək işlərin böyük potensiala malik olduğunu qeyd edib.

Dövlət başçısı keçmişdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin, əməkdaşlığın yeni sahələrinin axtarılmasının, iki ölkə arasında nəqliyyat və enerji sahəsində infrastruktur əlaqələrinin gücləndirilməsinin vacibliyinə işarə edib.

İranın xarici işlər naziri Hüseyin Əmir Abdollahyan erməni həmkarı Ararat Mirzoyana mesajında ​​son illərdə ikitərəfli münasibətlərin nəzərəçarpacaq dərəcədə gücləndiyini, lakin sürətlə inkişaf edən regional və qlobal proseslərin əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diktə etdiyinə diqqət çəkib.

Xarici işlər naziri bu məqsədə İran və Ermənistan xarici işlər nazirliklərinin birgə səyləri ilə nail olacağına ümid etdiyini bildirib. Turkustan.az