İran Prezidentinin xüsusi nümayəndəsi Əfqanıstana gedir
Gündəm
13:45 15 noy, 2021
Qış fəsli üçün İranın Əfqanıstana yardım edəcəyi gözlənilir
İİR-in Kabildəki səfirliyindən prezident İbrahim Rəisinin xüsusi nümayəndəsi Həsən Kazimi Quminin sabah Əfqanıstana səfər edəcəyinin gözlənildiyi bildirilib.
Qazet.az İran KİV-inə istinadən xəbər verir ki, İran prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazimi Qumi səfər zamanı yüksəkçinli Taliban rəsmiləri ilə görüşlər keçirəcək.
İİR-in Kabildəki səfirliyinin rəsmi tvitter hesabından açıqlanıb ki, danışıqlarda regional məsələlər, mühacirət, humanitar yardım, hökumətin təşkili, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.