"İran regionda sərhədlərin dəyişməsinə göz yummayacaq" - Abdullahian
Siyasət
14:10 07 okt, 2021
İran XİN başçısı regionda xəritələrin dəyişməsinə həssas olacağını bildirib
İran xarici işlər naziri Hüseyin Əmir Abdullahian regionda baş verən proseslərə münasibət bildirib.
Qazet.az xəbər verir ki, İran XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla görüşdə regionda hərhansı dövlətin sərhədinin dəyişməsinə qarşı həssaslıq göstərəcəyini bildirib.
“İran bölgədə xəritələrin hərhansı formada dəyişəcəyinə qarşı həssaslıq göstərəcək. Bu məsələdə Rusiyanın da eynicür davranacağını gözləyirik”, deyə Abdullahian bildirib.