İran rəsmisi Vyana görüşləri barədə danışdı
Gündəm
15:20 10 noy, 2021
Əli Baqeri Vyana müzakirələri haqda fikirlərini mətbuata bildirib
İranın rəsmi şəxslərinin Vyanada apardıqları danışıqların təfərrüatları məlum olub.
Qazet.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqeri Vyana danışıqları barədə fikirlərini bölüşüb.
O, bildirib ki, biz nüvə müzakirələri aparmırıq. Danışıqlarda əsas mövzu Amerikanın 5+1 formatından çıxmasının və bu ölkənin qeyri-qanuni embarqolarının törətdiyi nəticələrdir.