İran rəsmisindən çağırış: Təcili işlər görülməlidir...
İran rəsmisindən çağırış

İranda ərzaq qiymətlərinin həddindən artıq bahalaşmasına görə, hökumət tərəfindən ciddi addımlar atılmalıdır.
Qazet.azTrend-ə istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin Əhalinin Ərzaq Təminatının Yaxşılaşdırılması idarəsinin baş direktoru Zəhra Abdullahi deyib.
Z.Abdullahinin sözlərinə görə, hazırda İranın 8 vilayəti – Sistan və Bəlucistan, Kohgiluyə və Buyir-Əhməd, Xuzistan, Hörmüzqan, İlam, Kirman, Cənubi Xorasan və Buşehr vilayətlərində təcili işlər görülməlidir:
“Araşdırmalar göstərir ki, bəzi ərzaq məhsulları, o cümlədən qırmızı ət, toyuq əti, süd məhsulları, hətta meyvələrin qiymətinin bahalaşması ilə bu məhsulların istehlakı təxminən 40% azalıb. Halbuki əhali münasib qiymətlərlə protein ehtiyatları ilə təmin olunmalıdır. Ərzaq məhsullarının qiymətinə ciddi nəzarət tələb olunur”.