İran rəsmisinin qardaşı xarici ölkədən sığınacaq aldı
Gündəm
21:22 10 yan, 2023
İran Dövlət Radio və Televizya Şirkətinin rəhbəri Peyman Cəbəlinin qardaşı Meysəm Çəbəli xarici ölkədən sığınacaq alıb.
Qazet.az xəbər verir ki, o ölkəni tərk etməsinin səbəbi kimi qardaşı oğlunun SEPAH-ın 2020-ci il yanvarın 8-də Tehran səmasında vurulan Ukrayna təyyarəsində öldürülməsini göstərib.
“Qardaşım oğlu Məhəmməd Əmin Cəbəli SEPAH-ın vurduğu təyyarədə öldürüldü. Qardaşım Peyman Cəbəli hakimiyyətin tərəfini saxladı və onun qanının batmasına səbəb oldu”, - o deyib.
M.Cəbəlinin hansı ölkədən sığınacaq aldığı barədə açıqlama verilməyib.