Bakı 20˚C Dreary

İran sağlam düşüncə ilə hərəkət etsə, Azərbaycanla problemi olmaz - Ərdoğan

Siyasət 15:05 27 okt, 2021

Türkiyə Prezidenti Azərbaycandan qayıdarkən bir sıra açıqlamalar verib

İran sağlam düşüncə ilə hərəkət etsə, Azərbaycanla problemi olmaz - <span style="color:red">Ərdoğan</span>

"Ümid edirik ki, İran sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq".

Qazet.az "HaberGlobal"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli mövqedədir və heç bir güzəştə getmir. O dedi: “Biz İsrailə heç bir güzəşt etmirik. Biz İsraillə hər cür mal mübadiləsi edə bilərik. Biz müxtəlif ölkələrlə necə davranırıqsa, İsraillə də bu cür əlaqələrimiz var və gələcəkdə də bunu davam etdirəcəyik”.

Bu məsələlərdə ölkələr bir-birinin qərar mexanizmlərinə təsir etməməlidir və edə bilməz. Ümid edirik ki, İran burada sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq".

Mənbə