İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilib
Gündəm
16:29 17 sen, 2021
İran ŞƏT-ə üzv oldu
İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv qəbul edilib.
Qazet.az Tehran Times-a istinadən xəbər verir ki, qərar bu gün Düşənbədə ŞƏT-ə üzv ölkələrin liderlərinin 21-ci Sammitində elan olunub.
İran bu günədək təşkilatda müşahidəçi statusa malik idi.
Rəsmi Tehranın üzvlüyü ilə 2001-ci ildə əsası qoyulan ŞƏT üzvlərinin sayı 9-a (Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Özbəkistan və İran) çatıb. Əfqanıstan, Belarus və Monqolustan təşkilatda müşahidəçi dövlətlərdir.