Bakı 6˚C Mostly cloudy

İran səfiri Almaniya XİN-ə çağırılacaq

Gündəm 19:08 09 yan, 2023
İran səfiri Almaniya XİN-ə çağırılacaq

İranın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Almaniyanın xarici işlər naziri Annalena Burbok deyib.

“Mən İran səfirini bir daha Xarici İşlər Nazirliyinə çağırdım. İran hakimiyyətinin siyasəti nəticəsiz qalmayacaq", - Burbok bildirib.

Qeyd edək ki, yanvarın 7-də İran iğtişaşlar zamanı Bəsic İslam milislərinin bir üzvünü öldürməkdə təqsirli bilinən iki nəfərə qarşı edam hökmünü icra edib.

Avropa İttifaqı artıq İran rəhbərliyinin hərəkətlərini pisləyib.