İran səfiri vəfat edib
Hadisə
15:54 21 dek, 2021
“Səfir koronavirusa yoluxma səbəbindən dünyasını dəyişib”
İran İslam Respublikasının Yəməndəki fövqəladə və səlahiyyətli səfiri Həsən İrlu dünən səhər saatlarında vəfat edib.
Qazet.az Fars xəbər agentliyinə istinadən bu barədə məlumat verib.
İran İslam Respublikası xarici işlər nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, səfir koronavirusa yoluxma səbəbindən dünyasını dəyişib.
O əlavə edib ki, İran-İraq müharibəsinin iştirakçısı olan Həsən İrlu ezam olunduğu ölkədə koronavirusa tutulub və təəssüf ki, namunasib vəziyyətdə ölkəyə qayıdıb. Səfirin tibbi durumunun yaxşılaşması üçün həyata keçirilən bütün müalicə tədbirlərinə rəğmən səhər saatlarında vəfat edib.