İran TIR-ı Azərbaycanda qəza törətdi - ÖLƏN VAR
Hadisə
14:16 20 dek, 2021
Nəticədə piyada hadisə yerində ölüb
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qazet.az xəbər verir ki, dünən saat 19:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən 400-cü kilometrliyində İran vətəndaşı Sorkhşaban Jabar Abolfazl oğlu idarə etdiyi “Volvo” markalı yük maşını (TIR) ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1987-ci il təvəllüdlü Məmmədov Sənan Fikrət oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb.