Bakı 5˚C Showers

Yeni yol xəritəsi - İran və Ermənistan XİN başçıları Tehranda Qarabağ məsələsini müzakirə edib

Siyasət 12:29 06 okt, 2021

"Bu gün yeni bir yol xəritəsi tərtib etdik”

<span style="color:red">Yeni yol xəritəs</span>i - İran və Ermənistan XİN başçıları Tehranda Qarabağ məsələsini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bölgədə və Qarabağda baş verənləri müzakirə ediblər.

Qazet.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi tvitter səhifəsi paylaşım edib. Tehrana gələn Mirzoyan və Abdullahian görüşlərindən sonra birgə mətbuat konfransı təşkil ediblər.

Mirzoyan ilə 20 gündə 3 dəfə New York, Düşənbə və Tehranda görüşdüklərini xatırladan Abdullahian, “İki ölkənin səlahiyyətliləri strateji səviyyədə səmərəli razılaşmalar əldə edib. Bu gün yeni bir yol xəritəsi tərtib etdik” deyə nazir vurğulayıb.

O, tranzit marşrutunun bərpası və İran və Ermənistan arasında yük maşınlarının tranziti üçün tezliklə həyata keçiriləcək bəzi layihələr hazırladıqlarını da bildirib.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.