Bakı -4˚C Rain

İran və Ermənistan XİN rəhbərlərindən Azərbaycan əleyhinə fikirlər

Gündəm 21:40 04 okt, 2021

Abdullahian, habelə iki ölkə arasındakı münasibətlərin siyasi, iqtisadi, turizm və digər sahələrdə inkişaf etdirilməsini istəyib.

İran və Ermənistan XİN rəhbərlərindən Azərbaycan əleyhinə fikirlər

İranın xarici işlər naziri erməni həmkarı ilə görüşdə Ermənistana dəstək, Azərbaycan və Türkiyə əleyhinə fikirlər səsləndirdi

Əmir Abdullahian Tehranda keçirilən görüşdən sonra birgə mətbuat konfransında həm erməni həmkarı Ararat Mirzoyanı, həm də Ermənistanı ağır dolusu tərifləyib.

Qazet.az İRNA agentliyinə istinadən xəbər verir ki, o, erməni həmkarı ilə son 20 gündə 3 dəfə görüşdüyünü və iki ölkə arasında münasibətlərin "konstruktiv" (سازنده) və günbəgün artmaqda olduğunu deyib.

Abdullahianın sözlərinə görə, Mirzoyanla görüşündə İranla Ermənistan arasında quru yolla yeni əlaqə yolu işlənib hazırlanıb.

"Biz iki ölkə arasında yük maşınlarının hərəkət etdiyi tranzit yollarını bərpa etmək yönündə yeni projə irəli sürdük və o, yaxınlarda tamamlanmaqla yanaşı, əməli addımlar atılacaq", - deyə Tehran hökumətinin xarici işlər vəziri əlavə edib.

Abdullahian, habelə iki ölkə arasındakı münasibətlərin siyasi, iqtisadi, turizm və digər sahələrdə inkişaf etdirilməsini istəyib.

O, erməni həmkarı ilə görüşdə işğalçıları bu qədər təriflədikdən və onlarla əlaqələri genişləndirməkdən sonra yenə də üstüörtülü şəkildə Azərbaycan Cümhuriyyətinə qarşı sayıqlayaraq "regionun bəzi ölkələrində sionistlər və terrorçuların İranın ciddi narahatlığına" səbəb olduğunu iddia edib.

"Biz xaricdən müdaxilələrin bizimlə Azərbaycan Cümhuriyyəti də daxil olmaqla qonşularımız arasında münasibətləri korlamasına icazə verməyəcəyik. Mövcud şəraiti nəzərə alaraq demək lazımdır ki, bölgə heç bir halda artıq istəklərə dözməyəcək", - deyə Abdullahiyan fikrini tamamlayıb.

azad iran-tq