Bakı 23˚C Sunny

İran vətəndaşını döyən ermənilər saxlanıldı

Gündəm 15:05 24 dek, 2021

Ermənistan polisi paytaxt İrəvanın mərkəzində İran vətəndaşına hücum edən şəxsləri saxlayıb.

İran vətəndaşını döyən ermənilər saxlanıldı

Ermənistan polisi paytaxt İrəvanın mərkəzində İran vətəndaşına hücum edən şəxsləri saxlayıb.
Qazet.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Hadisə 35 və 37 yaşlı Ermənistan vətəndaşları tərəfindən törədilib. Onlar əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Qeyd edək ki, hadisə Parpetsi küçəsində baş verib. Ermənilər küçədəki restoranın yaxınlığında İran vətəndaşını bıçaqla hədələyərək döyüblər, bundan sonra isə mobil telefonunu və içində 650 ABŞ dollar olan çantasını alıblar.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanıb.