İran xarici işlər naziri Azərbaycana gəlir
Gündəm
15:22 20 dek, 2021
Səfər Azərbaycan xarici işlər nazirinin dəvəti əsasında baş tutacaq

Bu həftə sonu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycana səfər edəcək.
Qazet.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat brifinqində deyib.
S.Xətibzadənin sözlərinə görə, səfər Azərbaycan xarici işlər nazirinin dəvəti əsasında baş tutacaq:
“İranlı nazirin səfəri çərçivəsində ikitərəfli münasibətlər, ticarət münasibətlərinin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılacaq” - deyə o bildirib.