Bakı 5˚C Mostly cloudy

İran xarici işlər nazirinin müavini Bakıya gəlir

Gündəm 19:16 21 sen, 2021

Məhəmməd Kazım Səccadpur Azərbaycanın bir sıra rəsmiləri ilə də görüşəcək

İran xarici işlər nazirinin müavini Bakıya gəlir

İranın xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Kazım Səccadpur bu gün Bakıya 3 günlük səfərə gələcək.

İranın Azərbaycandakı səfirliyindən Qazet.az-a verilən xəbərə görə, səfər çərçivəsində o, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçiriləcək konfransda iştirak edəcək.

Məhəmməd Kazım Səccadpur Azərbaycanın bir sıra rəsmiləri ilə də görüşəcək.