İran XİN başçısı koronavirusa yoluxdu
Gündəm
14:10 02 noy, 2021
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian koronavirus testi müsbət olub.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian koronavirusa yoluxub.
Qazet.az İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadəyə istinadən xəbər verir ki, XİN rəhbərinin COVID-19 testinin nəticəsi müsbət olub.
Məlumata görə, hazırda Abdullahian həkim nəzarətində karantin rejimində gündəlik fəaliyyətini davam etdirir. Nazirin iş proqramında dəyişikliklər edilib.