Bakı 26˚C Intermittent clouds

İran XİN başçısının dili dolaşdı - Azərbaycan Prezidentinin adını səhv saldı - VİDEO

Gündəm 13:57 04 okt, 2021

İran XİN rəhbəri İlham Əliyevin adını səhv dedi

İran XİN başçısının dili dolaşdı - <span style="color:red">Azərbaycan Prezidentinin adını səhv saldı - VİDEO</span>

İran XİN başçısı Azərbaycan Prezidentinin adını səhv salıb.

Qazet.az xəbər verir ki,  İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahian ötən gün Azərbaycan Respublikası ilə bağlı televiziya müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev barədə danışarkən onun adını “Rəhman Əliyev” deyib.

Qeyd edək ki, bu vəzifəyə qədər Abdullahian İran Xarici İşlər Nazirliyində müxtəlif diplomatik postlarda, əsasən də, xarici işlər nazirinin ərəb ölkələri və Afrika üzrə müavini çalışıb. Onun ərəb və ingilis dillərində "səlis" bildiyi deyilir.