Bakı -4˚C Rain and snow

İran XİN: Qonşularımızla birgə regional sülh üçün çalışacağıq

Siyasət 09:35 14 sen, 2021

İran XİN nümayəndəsi regional inkişafdan danışdı

İran XİN: Qonşularımızla birgə regional sülh üçün çalışacağıq

İran hökuməti qonşu ölkələrlə münasibətləri prinsipial hesab edir. Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, prezident İbrahim Rəisinin başçılıq etdiyi hökumət qonşu ölkələrlə münasibətləri prioritet hesab edir.

Xətibzadə əlavə edib ki, İran balanslı şəkildə bütün qonşu ölkələrlə münasibətləri maksimum şəkildə inkişaf etdirəcək:

"İran bütün qonşuların iştirakı ilə regional inkişaf, sülh və stabilliyin inkişafı üçün çalışacaq".