İran yeni PUA-sını təqdim etdi
Xəbərlər
01:31 29 avq, 2022
İran hakimiyyəti bu gün yeni "Kruz Ababil" pilotsuz uçan aparatını, həmçinin "Şəhid Süleymani" hava hücumundan müdafiə sistemini təqdim edib.
Qazet.az xəbər verir ki, PUA iranlı mütəxəssislər tərəfindən hazırlanıb, optik alətlərlə təchiz edilib və sonradan dəqiq məhv edilməsi üçün hədəfləri aşkar etməyə qadirdir.
"Şəhid Süleymani" sistemi isə aşağı hündürlükdə hərəkət edən hədəflər üçün nəzərdə tutulub.