İran Zəngəzura qoşun yeritmək üçün Rusiyadan icazə istəyib - ŞOK İDDİA
Gündəm
23:41 07 okt, 2021
Məlumata görə, istək Rusiya tərəfindən rədd edilib.
Tehran Zəngəzura qoşun yeritmək üçün Rusiyadan izn istəyib.
Qazet.az xəbər verir ki, bu iddia ilə Rusiay mətbuatı çıxış edib.
Məlumata görə, istək Rusiya tərəfindən rədd edilib.
İddiaya görə, İran bir müddət əvvəl eyni təkliflə İrəvana üz tutubmuş. İrəvan da buna razılıq verməyib.
Təklifin nə zaman Moskvaya verildiyi bildirilmir. İranın Xarici İşlər nazirinin dünən Moskvada erməni əsilli Rus həmkarı ilə görüşdüyünü nəzərə alsaq, təklifin də məhz bu görüşdə verildiyi ehtimalı yaranır. Maraqlıdır ki, İran Xarici İşlər naziri Əmir Abdullahyan suyu süzülə-süzülə Tehrana qayıtdıqdan sonra ölkə prezidenti çıxış edərək, qonşularla mehriban münasibətlərdən dəm vururdu.
ovqat.com