Bakı 18˚C Mostly cloudy

İrana qoyulan embarqolar ləğv edilə bilər - Vyanada müzakirələr olacaq

Gündəm 12:00 04 noy, 2021

İran müzakirələrə başlayacaq

İrana qoyulan embarqolar ləğv edilə bilər - Vyanada müzakirələr olacaq

Vyanada İrana tətbiq edilən embarqoların ləğvi ilə bağlı müzakirələr keçiriləcək.

Qazet.az “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini Əli Baqeri 29 noyabr tarixində Vyanada embarqoların ləğvi məqsədilə müzakirələrin aparılacağını elan edib.

O, tvitter hesabında yazıb: “Cənab Enriki Mora ilə telefon danışığımda İrana qarşı Vyanada qeyri-qanuni və qeyri-insani embarqoların ləğvi istiqamətində müzakirələrin başlanması barədə razılıq əldə edildi”.