İrana qarşı sanksiyalar qəbul ediləcək
Gündəm
01:10 13 okt, 2022
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 17-də İran rəsmilərinə qarşı yeni sanksiyalar qəbul edəcəklər.
Qazet.az xəbər verir ki, bunu çərşənbə günü Fransanın xarici işlər naziri Katrin Kolonna Senatın Xarici Əlaqələr Komitəsinin iclasında çıxışı zamanı deyib.
"Bazar ertəsi Aİ xarici işlər nazirlərinin görüşü baş tutacaq. İranda repressiyalara görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edəcəyik", - deyə K.Kolonna bildirib.
XİN rəhbəri qeyd edib ki, "İran insan haqları sahəsində öhdəliklərinə əməl etməlidir".