İranda 222 nəfər koronavirusdan ölüb
Gündəm
20:51 10 okt, 2021
İranda ötən sutka ərzində 11 256 nəfər koronovirusa yoluxub
İranda ötən sutka ərzində 222 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 256 nəfər yoluxub.
Qazet.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 122 592 nəfərə,
yoluxanların sayı isə 5 702 890 nəfərə çatıb. Virus daşıyıcılarından 5 304 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 217 999 nəfər koronavirusdan sağalıb, 33,2 milyondan çox diaqnoz testi həyata keçirilib.