Bakı -3˚C Windy

Caliber: İranda 3 SEPAH üzvü güllələnib

Gündəm 01:27 26 okt, 2022
Caliber: İranda 3 SEPAH üzvü güllələnib

İranın cənub-şərqində və qərbində naməlum şəxslərin atəşə tutması nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, elit hərbi hissələr) üç əməkdaşı həlak olub. 

Qazet.az
Caliber-ə istinadən xəbər verir ki, Sistan və Bəlucistan əyalətindəki Salman bölməsində xidmət edən polkovnik Mehdi Mollaşaxi və Cavad Keiha üzvü Zahedan şəhərinin Parastar meydanında naməlum şəxslər tərəfindən güllələnib. SEPAH-ın ölən üzvləri işdən evə qayıdarkən maşından pulemyotdan atəş açılıb.

İranın qərbində, Kürdüstan əyalətində İraqla sərhəd keçid məntəqəsində naməlum şəxslərlə atışma nəticəsində SEPAH-ın daha bir üzvü həlak olub.

İran təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb, şübhəlilərin axtarışı davam edir.