İranda 4,7 bal gücündə zəlzələ olub
Xəbərlər
13:58 11 dek, 2022
İranın qərbində 4,7 bal gücündə zəlzələ baş verib.
Qazet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 111 min insanın yaşadığı Mesdjede-Soleiman şəhərindən 87 km cənub-qərbdə, 57 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.