Bakı 12˚C Partly sunny

İranda 9 xarici ölkə vətəndaşı həbs edildi

Biznes 23:21 30 sen, 2022
İranda 9 xarici ölkə vətəndaşı həbs edildi

İranda iğtişaşlarda iştirak etdiklərinə görə bir sıra xarici ölkələrin 9 vətəndaşı həbs edilib.

Qazet xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, onlar Almaniya, Polşa, İtaliya, Fransa, Hollandiya, İsveç və digər ölkələrin vətəndaşlarıdır.

Xatırladaq ki, sentyabrın 13-də İranın paytaxtı Tehranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən qətlə yetirilib. Hadisə ölkədə geniş etiraz aksiyalarına səbəb olub.