İranda daha 124 nəfər koronavirusdan ÖLDÜ
Cəmiyyət
18:42 23 okt, 2021
Ölkədə bu virusa yoluxanların sayı 5 851670 nəfərə çatıb
İranda ötən sutka ərzində 124 nəfər koronavirusdan (COVID-19) ölüb.
Qazet.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
İranda ötən sutka ərzində 7081 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5 851670 nəfərə çatıb.