Bakı 26˚C Intermittent clouds

İranda daha 58 nəfər koronavirusdan öldü

Gündəm 18:00 11 dek, 2021

Virus daşıyıcılarından 3 126 nəfərin vəziyyəti ağır qiymətləndirilir

İranda daha 58 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 1 681 nəfər koronavirusa (COVID-19) yoluxub, 58 nəfər ölüb.

Qazet.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 130 661 nəfərə, yoluxanların sayı isə 6 152 524 nəfərə çatıb. Virus daşıyıcılarından 3 126 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 963 373 nəfər koronavirusdan sağalıb, 39,9 milyondan çox diaqnoz testi həyata keçirilib.