İranda daha bir güclü zəlzələ
Gündəm
03:12 16 noy, 2021
Qeyd edək ki, dünən İranda baş verən ardıcıl zəlzələlər nəticəsində iki nəfər ölmüş, 99 nəfər yaralanmışdı.
İranın cənubundakı Hörmüzqan vilayətinin Fin şəhərində 5 bal gücündə zəlzələ olub.
“Qazet.az” xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzi məlumat yayıb.
Yeraltı təkanın dərinliyi 13 kilometr təşkil edib. Zəlzələ nəticəsində dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, dünən İranda baş verən ardıcıl zəlzələlər nəticəsində iki nəfər ölmüş, 99 nəfər yaralanmışdı.