İranda Əli Şəmxaninin istefa verməsi xəbəri yayıldı
Gündəm
18:21 18 noy, 2022
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin istefası ilə bağlı yayılan xəbərlər təkzib edilib.
Qazet.az “Noor News”a istinadla xəbər verir ki, Şuraya yaxın mənbələr bu xəbərin məqsədyönlü şəkildə yayıldığını bildirib.
"Admiral Əli Şəmxaninin istefası ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi xəbərlər sadəcə olaraq son günlər günahsız insanları qətlə yetirməklə xarici muzdlu agentlərin törətdiyi cinayətlərdən ictimai rəyi yayındırmaq üçün səmərəsiz cəhddir. Bu məlumat tamamilə saxta və əsassızdır", - deyə mənbə vurğulayıb.