Bakı 5˚C Mostly sunny

İranda etiraz aksiyalarında öldürülənlərin sayı 41 nəfərə çatıb

Xəbərlər 04:35 25 sen, 2022
İranda etiraz aksiyalarında öldürülənlərin sayı 41 nəfərə çatıb

İranda 22 yaşlı Məhsa Əmininin hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən öldürülməsindən sonra ölkə daxilində davam edən etiraz aksiyaları zamanı öldürülənlərin sayı 41 nəfərə çatıb.

Qazet.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Dövlət televiziyasında yayımlanan xəbərə görə, ölkə daxilində baş verən etirazlarda polis əməkdaşları və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Besiç” əməkdaşları da daxil olmaqla 41 nəfərin həyatını itirdiyi açıqlanıb. Bununla yanaşı, ölkə daxilində ölənlərin sayı ilə bağlı İran rəsmiləri tərəfindən rəsmi açıqlama veriləcəyi də vurğulanıb.

Qeyd edək ki, hadisə sentyabrın 13-də İranın paytaxtı Tehranda baş verib. Hicab qaydalarına əməl etmədiyi üçün əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin öldürülməsindən etiraz aksiyalarına start verilib.