İranda etiraz aksiyalarında ölənlərin sayı artdı
Xəbərlər
01:09 26 sen, 2022
İrandakı etirazlarda ölənlərin sayı 55 nəfərə çatıb.
Qazet.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Mərkəzi məlumat yayıb.
Təşkilat etiraz aksiyalarında ölən 55 nəfərin adını açıqlayıb.
Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.