İranda güclü zəlzələ - 400 ev dağıldı
Gündəm
15:22 09 okt, 2021
İranda 5 bal gücündə zəlzələ olub
Ötən gecə yerli vaxtla 02:46 radələrində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda 5 bal gücündə zəlzələnin baş verməsi nəticəsində 400 ev tamamilə dağılıb.
Qazet.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Əndika rayonunun qubernatoru Əmrullah Nozəri deyib.
Ə.Nozərinin sözlərinə görə, zəlzələ Əndika rayonunun 120 kəndində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində indiyədək 3 nəfərin yaralandığı bildirilir.