Bakı 9˚C Partly sunny

İranda güclü zəlzələ oldu

Gündəm 17:09 23 may, 2022

Zəlzələ yerli vaxtla saat 12:06-da episentri Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin Sercengel bölgəsində qeydə alınıb

İranda güclü zəlzələ oldu

İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

Qazet.az xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 12:06-da episentri Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin Sercengel bölgəsində qeydə alınıb.

Zəlzələnin 16 kilometr dərinlikdə baş verdiyi bildirilib.