Bakı 5˚C Dreary

İranda güclü zəlzələ olub

Hadisə 21:36 24 dek, 2022
İranda güclü zəlzələ olub

İranda güclü zəlzələ baş verib.

Qazet.az xəbər verir ki, bu barədə "Irna" agentliyi məlumat yayıb.

Məlumata görə, episentri Cənubi Xorasan əyalətinin Bosruye şəhəri yaxınlığında yerləşən zəlzələ yerli vaxtla saat 16.54-də qeydə alınıb.

Zəlzələ 8 kilometr dərinlikdə baş verib, gücü 5.1 bal olub.

İtki və dağıntıların olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.