Bakı 15˚C Intermittent clouds

İranda koronavirusun yeni növü tapıldı

Siyasət 13:08 03 yan, 2023
İranda koronavirusun yeni növü tapıldı

Təbrizdə koronavirusun “omikron” ştamının alt ştamı müşahidə edilib.

Qazet.az İran mətbuatına istinadən xəbər verir ki, bunu Təbriz Tibb Elmləri Universitetinin Sağlamlıq idarəsinin direktoru Hüseyn Həqqayi deyib.

O bildirib ki, İranın Şərqi Azərbaycan əyalətində aparılan koronavirus testlərinə əsasən, əyalətdə BQ1 və XBB adları olan yeni “omikron” alt ştamının bir neçə halı müşahidə olunub.

Onun sözlərinə görə, yoluxmuş insanlar karantindədirlər, lakin çinlilərin Şərqi Azərbaycana gediş-gəlişi səbəbindən koronovirus xəstəliyinin yeni ştamına yoluxma ehtimalı daha yüksəkdir.