Bakı 13˚C Mostly cloudy

İranda kütləvi etiraz: “Xamenei qatildir, hakimiyyəti batildir” - VİDEO

Gündəm 13:09 27 may, 2022

İranda kütləvi etirazlar yenidən başqa şəhərlərə sıçrayır

İranda kütləvi etiraz: <span style="color:red">“Xamenei qatildir, hakimiyyəti batildir” - VİDEO</span>

Xuzistan vilayətinin Abadan şəhərində məsul şəxslərin səriştəsiz idarəçiliyinə qarşı başlayan etiraz aksiyaları yenidən başqa əyalətlərə yayılır.

Qazet.az-ın  “Azad İran” “Telegram”  kanalına istinadən məlumatına görə, mayın 25-i və 26-na keçən gecə Abadan, Xorrəmşəhr, Hormozqan əyalətinin mərkəzi Bəndər-Abbas şəhərlərindən başqa, Şahinşəhr və Behbahan şəhərlərində də kütləvi etiraz aksiyaları başlayıb.

Etirazçılar hökumət rəsmilərinə qarşı ənənəvi şüarlar səsləndirməklə yanaşı, “Vilayət-e fəqih hakimiyyətinə ölüm olsun”, “Xamenei qatildir, hakimiyyəti batildir” kimi birbaşa Əli Xameneiyə qarşı şüarlar səsləndiriblər.