Bakı 14˚C Sunny

İranda məktəb divarı uçdu - Xəsarət alanlar var

Gündəm 20:22 30 okt, 2021

İranda məktəb divarının aşması nəticəsində xəsarət alanlar olub

İranda məktəb divarı uçdu - Xəsarət alanlar var

İranda məktəb divarı aşıb, xəsarət alanlar var.

Qazet.az-ın məlumatına görə, İranın Gülüstan əyalətində Əliabad-e Kətul şəhərində məktəbin divarının uçması nəticəsində 7 şagird və 3 müəllim xəsarət alıb.

Hadisənin bu gün səhər məktəbin yaxınlığında aparılan tikinti işləri səbəbindən baş verdiyi bildirilir.

Yaralananlar xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.