Bakı 15˚C Sunny

İranda partlayış baş verib - ÖLƏNLƏR VAR

Gündəm 11:09 13 dek, 2021

İranın paytaxtı Tehranda partlayış baş verib

İranda partlayış baş verib - ÖLƏNLƏR VAR

İranın paytaxtı Tehranın Qaleh Morgi küçəsində yerləşən binada partlayış baş verib.

Bu barədə Qazet.az “Haber Global”a istinadən xəbər verir.

Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Maleki partlayışın yerli vaxtla saat 18:44-də baş verdiyini və bu barədə məlumatdan sonra bölgəyə 3 yanğınsöndürən maşının göndərildiyini bildirib. "Partlayış binaya, eləcə də ətrafdakı tikililərə və park edilmiş avtomobillərə ziyan vurub", - Maleki deyib.

İlkin məlumata görə, partlayışa binadakı oksigen balonları səbəb olub. "Dağıntılar altında ağır yaralanan 2 nəfər xilasetmə qrupları tərəfindən çıxarılıb, lakin onlar aparıldıqları xəstəxanada həyatını itirib", - o əlavə edib.