İranda qadınlarla bağlı növbəti qadağa
İranda Mahsa Əmini ilə bağlı etirazlar davam edərkən, Tehran administrasiyası hicabla bağlı təzyiq tətbiqinə başlayıb.
Qazet.az xəbər verir ki, İran polisi ölkədə hicab qaydasını pozan avtomobil sahiblərinə xəbərdarlıq mesajları göndərməyə başlayıb.
İran mediasının məlumatına görə, 2020-ci ildə tətbiq edilən, lakin fəaliyyəti dayandırılan “təftiş proqramı” (Nazer) adlı tətbiq yenilənərək “Maşınınız hicab qaydası ilə pozulub. Cəmiyyətin qaydalarına hörmət etmək lazımdır və bu hərəkət bir daha təkrarlanmamalıdır” mesajları göndərilməyə başlanıb.
2017-ci ildə ölkədə qadınların avtomobillərdə hicablarını çıxarmasından sonra bunun xüsusi yoxsa ictimai məkanda olması müzakirələri gündəmə gəlib. Lakin İran polisi Əmini etirazlarından əvvəl bu qanuni təcrübəni geri götürmüşdü.