İranda qaz emalı zavodunda boru partlayıb
Gündəm
23:55 09 dek, 2021
Partlayışın səbəbləri araşdırılır.

İranın cənubundakı Fars əyalətindəki "Parsian" qaz emalı zavodunda boru partlayıb.
Qazet.az xəbər verir ki, bu barədə IRIB yayım korporasiyası məlumat yayıb.
Hadisə yerinə gələn xilasedicilər tərəfindən boru bağlanıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, boru qaz kondensatının nəqli üçün nəzərdə tutulub.
Partlayışın səbəbləri araşdırılır.