Bakı 22˚C Mostly cloudy

İranda su qıtlığına etirazlar: 130 nəfər saxlanılıb

Gündəm 19:05 07 dek, 2021

İranın İsfahan şəhərində keçirilən etiraz aksiyasında 130 nəfər saxlanılıb

İranda su qıtlığına etirazlar: <span style="color:red">130 nəfər saxlanılıb</span>

İranın İsfahan şəhərində su qıtlığı ilə bağlı keçirilən aksiyada 130 nəfər saxlanılıb.

Qazet.az xəbər verir ki, aksiya iştirakçıları quraqlığın nəticələrinin aradan qaldırılmasını tələb ediblər.

Ölkənin Ədliyyə hakimiyyətinin mətbuat katibi Zəbihulla Xodayan etirazçıları təxribatçıların əlində alətə çevrildiyini bildirib.

"Etirazçılar əmlaka ziyan vurublar. Aksiyalarda 130 nəfər saxlanılıb. Atəş açaraq ictimai təhlükəsizliyə zərər vuranlardan başqa hər kəs zaminə buraxılıb” deyə Xodayan söyləyib.