İranda zəlzələ baş verdi
Gündəm
23:36 10 okt, 2021
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
İranda 4,7 maqnitudalı zəlzələ baş verib.
Qazet.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 107 kilometr qərbdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.