Bakı 4˚C Mostly cloudy

İrandan 40 kq narkotik keçirilməsinin qarşısı alındı

Siyasət 12:28 08 dek, 2022
İrandan 40 kq narkotik keçirilməsinin qarşısı alındı

Dekabr ayının 7-si saat 02:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostahir kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Qazet.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 39 kiloqram 785 qram narkotik vasitəyə bənzər maddələr (39 kq 490 qram “marixuana” və 295 qram qablaşdırmada 500 ədəd “metadon M-40” psixotrop həbləri)aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.